Ərdoğan Türkiyə və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığa dair sənədi təsdiqlədi
Bizi izləyin

Elm və təhsil

Ərdoğan Türkiyə və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığa dair sənədi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Ali Təhsil Şurası ilə Azərbaycan Təhsil Nazirliyi arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu təsdiq edib.

Trend-in məlumatına görə, sənəd 2017-ci il oktyabrın 31-də Bakıda imzalanıb.

Anlaşma Memorandumunun məqsədi ali təhsil pilləsində əməkdaşlıq üçün təşkilati çərçivəni təsis etmək və iki ölkənin ali təhsil müəssisələri arasında akademik və elmi əməkdaşlığı davam etdirməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm