Şagirdi döyməkdə ittiham edilən direktorla bağlı QƏRAR
Bizi izləyin

Elm və təhsil

Şagirdi döyməkdə ittiham edilən direktorla bağlı QƏRAR

Cəlilabad Rayon Təhsil Şöbəsi rayonun Göytəpə şəhər 3 saylı ümumi orta məktəbinin direktor əvəzi Mübariz Cəfərovun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı yayılan videogörüntü ilə əlaqədar araşdırma aparılır.

Cəlilabad Rayon Təhsil Şöbəsindən Publika.az-a verilən məlumata görə, ötən gün yayılan videogörüntü ilə bağlı adıçəkilən məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb.

Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm