Əvvəlki illərin məzunları üçün MÜSABİQƏ ŞƏRTLƏRİ açıqlandı
Bizi izləyin

Elm və təhsil

Əvvəlki illərin məzunları üçün MÜSABİQƏ ŞƏRTLƏRİ açıqlandı

Dövlət İmtahan Mərkəzi XI sinfi əvvəlki illərdə bitirənlərin ali məktəbə qəbul olması üçün şərtləri açıqlayıb.

DİM-dən Publika.az-a verilən məlumata görə, XI sinfi əvvəlki illərdə Azərbaycanda bitirən və ya xaricdə yerləşən təhsil müəssisələrini cari və əvvəlki illərdə bitirən abituriyentlər tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) müsabiqəsində iştirak etmək üçün Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verməlidirlər.

Qəbul imtahanını rus dilində verən abituriyentlər (2018-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan “məqbul” qiymət alan abituriyentlər istisna olmaqla) tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.

Qeyd edək ki, əvvəlki illərin məzunları üçün 11 illik bazada kolleclərə qəbul imtahanı aprel ayında keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm