Elm və təhsil
Nazirlikdən müəllimlərin rüsvayçı imtahan nəticələrinə SƏRT REAKSİYA: Onlara şou...
Bəzi müəllimlərin bilik və bacarıqları hələ 50 faizdən aşağıdır.
Publika.az xəbər verir ki, bunu təhsil eskperti Kamran Əsədov bildirib.
Ekspert bildirib ki, bir neçə gün əvvəl Təhsil Nazirliyi tərəfindən riyaziyyat, informatika, fizika, kimya və bilogiya fənnlərindən Azərbaycan və rus bölmələri üzrə orta məktəblərdə dərs deyən bir qrup müəllimin imtahan nəticələrin üçün müvafiq ixtisaslara uyğun olaraq qapalı tipli test tapşırıqlarından imtahan nəticələri ilə aşağı olub.
Onun sözlərinə görə, nəticələr aşağıdakı kimidir:
Biologiya fənni üzrə:
İmtahanda iştirak edən 221 nəfərdən 112 nəfəri təqdim edillən 25 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 51%-i təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 90% olub.
İnformatika fənni üzrə:
İmtahanda iştirak edən 129 nəfərdən 13 nəfəri təqdim edillən 20 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 10 %-i təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 83% olub.
Fizika fənni üzrə:
İmtahanda iştirak edən 180 nəfərdən 11 nəfəri təqdim edillən 25 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 6 %-i təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 95% olub.
Kimya fənni üzrə:
İmtahanda iştirak edən 201 nəfərdən 11 nəfəri təqdim edillən 30 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 5 %-i təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 62% olub.
Riyaziyyat fənni üzrə:
İmtahanda iştirak edən 405 nəfərdən 4 nəfəri təqdim edillən 25 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 1 %-i təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 63% olub.
Ekspertin iddiaları ilə bağlı Təhsil Nazirliyindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilib ki, “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin təşkili və keçirilməsində əsas məqsəd şagirdlərimizin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin yüksəldilməsi istiqaməsində töhfə verəcək müəllimlərin müəyyənləşdirilməsi, onların olimpiadalara hazırlıq prosesinə cəlb edilməsindən ibarətdir:
“Ancaq təəssüflər olsun ki, bəzən məsələyə geniş pəncərədən baxılmayaraq, qeyri-müəyyən şərhlərlə şou effekti yaratmağa çalışan şəxslər var. Dünyanın aparıcı ölkələrində aparılan araşdırmalara görə, xüsusi istedadlı şagirdlər bütün şagirdlərin iki faizini təşkil edir. Bu şagirdlərlə işləyəcək müəllimlərin müəyyən edilməsi üçün keçirilən müsabiqədə təqdim edilən tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edir. Ona görə də bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır. Dünyanın hər bir yerində beynəlxalq olimpiadalara hazırlıq proqramı əsasında tədris prosesini həyata keçirə bilən müəllimlər barmaqla sayıla biləcək qədər azlıq təşkil edir”.
Gülxar
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi