Kamal Abdulla: "Kimi işdən çıxarırsan deyir ki..."
Bizi izləyin

Elm və təhsil

Kamal Abdulla: "Kimi işdən çıxarırsan deyir ki..."

Azərbaycan Dillər Universitetinin Kadrlar şöbəsinin rəhbəri və baş mühasibi işdən azad edilib.

Publika.az xəbər verir ki, bu barədə universitetin rektoru Kamal Abdulla jurnalistlərlə görüşündə deyib.

Rektor bildirib ki, buna səbəb kadrlar şöbəsində qanun pozuntularına yol verilməsidir:

“Belə ki, bəzi işçilərin maaşının miqdarı rəsmi sənədlərdə qeyd olunmayıb. İndi kimi işdən çıxarırsan ya intihar edəcəyini, ya da cənab Prezidentə müraciət edəcəyini deyir. Lakin biz bunun öhdəsindən gələcəyik”.

Rektor həmçinin bu il imtahan sessiyasında tətbiq edilən yeniliklərdən də danışıb. O vurğulayıb ki, payız ssesiyasında imtahanların müddəti artırılıb:

“Bu sessiyada imtahanların müddəti 2 saatdan 3 saata qaldırılıb. Bunu eksperiment kimi keçirəcəyik. Tələbənin 3 saata ehtiyacının olub-olmadığını müəyyən edəcəyik. Əgər tələbələr 3 saata suallara cavab verməsə, 4 saat vaxt veriləcək”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm