DTX Tarix Muzeyinə qiymətli sikkələr hədiyyə etdi - FOTOLAR
Bizi izləyin

Elm və təhsil

DTX Tarix Muzeyinə qiymətli sikkələr hədiyyə etdi - FOTOLAR

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə tarixi əhəmiyyət kəsb edən numizmatik əşyalar hədiyyə edilib.

Bu barədə Publika.az-a Muzeydən məlumat verilib.

Muzeyin Numizmatika fonduna təhvil verilən 142 ədəd materialdan 36 ədədi sikkə, qalanları isə kağız pul və bonlardan ibarətdir. Sikkələr XVI-XIX əsrləri əhatə edir, kağız pul və bonlar isə XX əsrə aiddir.

Muzeyə verilən bu numizmatik materiallar Numizmatika Fondunun kolleksiyasının zənginləşdirilməsində və tədqiqi baxımından mühüm tarixi əhəmiyyətə malikdir.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm