Elm və təhsil
Bakı Şəhəri üzrə Təhsil İdarəsi işə qəbul elan edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri (kitabxanaçı) və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilib.
İdarədən Publika.az-a verilən məlumata görə, bu
vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər yanvarın
23-dənhttp://musabiqe.baku.edu.az/ portalı vasitəsilə
qeydiyyatdan keçə bilərlər. 15 təqvim günü davam edəcək qeydiyyat
prosesi fevralın 7-də saat 23:59-da başa çatacaq.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki
məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti
(test imtahanı) mərhələsinə dəvət ediləcək.
Müsabiqənin seçim mərhələsinədək vakansiya siyahısına əlavə və
düzəlişlər ola bilər.
Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan
ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə
tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və
yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və
yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən
etdiyi qaydada həyata keçirilir
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK