• USD 1,7000 0,00% EUR 2,0390 -1,10%
    • GBP 2,3789 -0,67% RUB 0,0235 -0,43%

Azərbaycanda yeni layihə - 1000-ə yaxın uşaq...

Azərbaycanda yeni layihə - 1000-ə yaxın uşaq...

Yanvar ayının birinci yarısında bölgələrdə İcma əsaslı Uşaq Təhsil Mərkəzləri fəaliyyətə başlayıb. Artıq 1000 nəfərə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.

Təhsil İnstitutundan Publika.az-a verilən məlumata görə, İcma əsaslı Uşaq Təhsil Mərkəzləri Respublikamızın 10 bölgəsini: Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba və Xaçmaz rayonlarını əhatə edir.

Layihənin əsas məqsədi icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.

Layihə çərçivəsində bölgələrdəki ucqar kəndlər və sərhəd zonası da daxil olmaqla ümumilikdə 50 İcma əsaslı Məktəbəqədər Təhsil Mərkəzi fəaliyyyətə başlayıb. Hər mərkəzdə orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq olmaqla ümumilikdə 1000 nəfərə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.

Mərkəzlərdə dərslər hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə təşkil olunur. Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram vəsaiti əsasında keçirilir.

Proqramda uşaqların 4 inkişaf dinamikası izlənilir: sosial emosioanal inkişaf, idrak və ümumi bilik, yaradıcı inkişaf və fiziki inkişaf.

“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi üzrə işlərin 2020-ci ilin ilk yarısına qədər davam etdirilməsi nəzərdə tutulub.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun həyata keçirdiyi “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində fəaliyyətə başlayan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR