Ceyhun Bayramov: "Tələbələrin 50 faizi təqaüd alacaq"
Bizi izləyin

Elm və təhsil

Ceyhun Bayramov: "Tələbələrin 50 faizi təqaüd alacaq"

“Təhsilin bütün pillərlərində təhsil alan tələbələrin təqaüdləri nin məbləği əhəmiyyətli dərəcədə artırılıb. Bu sərəncam nəticəsində orta hesabla təqaüdlər 14 faizdən 25 faizədək artırılıb. Ümumilildə müxtəlif kateqoriyada müxtəlif akademik göstəricilərə nəzər salsaq bu orta hesabla 20 faiz artım deməkdir”.

Publika.az xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov tələbələrin təqaüdlərinin artırılması ilə bağlı sərəncamı şərh edərkən deyib.

Nazir bildirib ki, bu sərəncam təxminən 110 mindən artıq tələbəyə şamil edilir.

“Sərəncam tələbələrin rifah halının yaxşılaşdırılması , ali təhsilin keyfiyyətinin artırılması, akademik göstəricilərin yüksəlməsi istiqamətində dövlətimizin tələbələrə diqqətinin göstəricisidir”.

Nazir onu da vurğulayıb ki, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi barədə sərəncam təqaüd almaq hüququ olan tələbələrin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

“Bu sərəncamla martın 1-dən hazırda təqaüd alan tələbələrdən əlavə daha 16 min nəfər təqaüd almaq imkanı əldə edəcək. Bu da təqaüd alan tələbələrin 30 faiz artacağı deməkdir.2019-2020-ci tədris ilindən 45 faizdən az olmayaraq, 2020-2021-ci akademik ilində 50 faizdən aşağı olmayaraq tələbələrin təqaüd alması nəzərdə tutulub. Hazırda tələbələrin 31 faizi təqaüd alır. Bu sərəncamın icrasından sonra bu sayın nə qədər artmasının şahidi olacağıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm