Dövlət sifarişli yerlərin sayı artırılacaq - nazir açıqladı
Bizi izləyin

Elm və təhsil

Dövlət sifarişli yerlərin sayı artırılacaq - nazir açıqladı

“2019-2020 akademik ilində dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə artırılacaq. Hazırda bu sənəd Nazirlər Kabinetində təsdiq olunma mərhələsindədir”.

Publika.az xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, dövlət sifarişli yerlərin sayı ötən il dövlət sifarişli yerlərin sayı 12324 olub, növbəti tədris ili üçün isə 20 500 yerə kimi artırılması planlaşdırılır.

“Bir il ərzində dövlət sifarişli yerlərdə 65 faizdən artıq artım görürük. Hesab edirik ki, növbəti illərdə də müsbət tendensiya davam edəcək . Növbəti ildən dövlət sifarişli yerlərin sayı 42 faiz müəyyən edilib,ötən il isə bu 30 faizin altında idi. Bu da dövlət vəsaiti hesabına təhsil almaq imkanının genişlənməsi deməkdir. Bu say artırılarkən bütün aidiyyəti nazirliklərlə birlikdə iş aparılır, ölkəsinin sosial-iqtisadi prioritetləri nəzərə alınır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm