Nazirdən təqaüd alan tələbələrlə bağlı AÇIQLAMA: 25 milyon manat...
Bizi izləyin

Elm və təhsil

Nazirdən təqaüd alan tələbələrlə bağlı AÇIQLAMA: 25 milyon manat...

Yaxın zamanda Azərbvaycanda təqaüd alan tələbələrin sayı dövlət sifarişi ilə təhsil alanların sayından çox olacaq.

Publika.az xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, hazırda dövlət sifarişli yerlərlə təqaüd alan tələbələrin sayı bərabərdir:

“Lakin dünən Prezidentin imzaladığı sərəncamlardan sonra martın 1-dən dövlət sifarişli yerlərdən əlavə daha 16 min tələbə təqaüd alacaq. Bununla da təqaüd alan tələbələrin sayı dövlət sifarişi ilə təhsil alanların sayından çox olacaq”.

Nazir bildirib ki, son sərəncamlardan sonra tələbə təqaüdlərinin ödənilməsi üçün əlavə olaraq 25 milyon manat əlavə vəsait ayrılacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm