İndiki təqaüdlər mən tələbə olarkən aldığımdan daha yüksəkdir - Təhsil naziri - VİDEO
Bizi izləyin

Elm və təhsil

İndiki təqaüdlər mən tələbə olarkən aldığımdan daha yüksəkdir - Təhsil naziri - VİDEO

“İndi ali məktəblərdə akademik göstərici yüksək olan tələbələrin təqaüdü mən oxuduğum dövrlə müqayisədə yüksəkdir”.

Publika.az xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, yeni qaydalar tələbələr arasında rəqabət yaradacaq:

“Təqaüd almaq hər bir tələbənin istəyidir. Yaxşı yadımdadır biz də ali təhsil alarkən yüksək təqaüd almaq üçün can atırdıq. Hesab edirəm bugünkü sistem eyni rəqabətə imkan verir. Düzdür, həmin dövrlə indi verilən təqaüdləri müqayisə etmək çətindir. Səhv etmirəmsə, o zaman adi təqaüd 40-45, əlaçı təqaüdü 60 manat idi. O vaxtdan sonra milli valyuta dəfələrlə dəyişib və bu gün bir fərqli dövrdə yaşayırıq. Bununla yanaşı artım nəticəsində akademik göstəricisi yüksək olan tələbə artıq 130 manat təqaüd alacaq. 1990-95-ci illərdə mən tələbə olarkən aldığım təqaüddən daha yüksəkdir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm