Magistraturaya qəbul olmaq istəyənlərə XƏBƏRDARLIQ
Bizi izləyin

Elm və təhsil

Magistraturaya qəbul olmaq istəyənlərə XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara xəbərdarlıq edib.

DİM-dən Publika.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Qəbul imtahanının 1-ci mərhələsi fevralın 24-də keçiriləcək. Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm