Bakıda lisey və gimnaziyalara 1-ci sinfə qəbul qaydası AÇIQLANDI
Bizi izləyin

Elm və təhsil

Bakıda lisey və gimnaziyalara 1-ci sinfə qəbul qaydası AÇIQLANDI

Bakıda növbəti tədris ili üçün lisey və gimnaziyalara 1-ci sinfə qəbulun aparılması qaydası açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib ki, Bakıda 3 təhsil müəssisəsi - Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas məktəbi istisna olmaqla, məktəbin yerləşdiyi ərazi üzrə qeydiyyatda olan bütün uşaqlar üçün qalan lisey və gimnaziyalara I sinfə şagird qəbulu müsabiqəsiz aparılacaq.

Onun sözlərinə görə, uşaq lisey və gimnaziyaların olduğu ərazi üzrə yaşamırsa (rəsmi qeydiyyatla), onda onun lisey və gimnaziyalara 1-ci sinfə qəbulu müsahibə ilə aparılacaq. Müsahibədən keçən uşaq lisey və gimnaziyaya daxil olmuş hesab ediləcək.

İ.Abdullayeva deyib ki, lisey və gimnaziyalara sənəd qəbulu martın 13-dən başlayacaq və elektron qaydada aparılacaq: "Valideynlər elektron ərazilərində yalnız 1 lisey adını qeyd edə bilərlər. Liseyə qəbul olunmayan uşaqların adi ümumtəhsil müəssisəsinə qəbulu üçün yenidən sistemə müraciət edə bilər". (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm