• USD 1,7000 0,00% EUR 1,8412 -0,07%
    • GBP 2,2092 -0,37% RUB 0,0268 +0,37%

Bu uşaqların birinci sinfə qəbulunda qeydiyyata ehtiyac yoxdur

Bu uşaqların birinci sinfə qəbulunda qeydiyyata ehtiyac yoxdur

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qəbul üçün qeydiyyatına ehtiyac yoxdur.

Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir.

“Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur”.

Qeyd edək ki, birinci sinfə elektron qeydiyyat isə martın 13-də başlayacaq.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR