DİM-dən buraxılış imtahanları ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Elm və təhsil

DİM-dən buraxılış imtahanları ilə bağlı AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında keçirilən buraxılış imtahanlarının materiallarının yoxlanılma prosesi barədə ilkin məlumatı açıqlayıb.

DİM-dən Publika.az-a verilən məlumata görə, 4 istiqamət üzrə keçirilən imtahanlarda ümumilikdə 115 mindən artıq şagird iştirak edib.

Bu imtahanlarda şagirdlərə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə onların bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə qapalı və açıq tipli 45 tapşırıq təqdim edilib. Bu suallardan 26-sı açıq tipli, yəni yazılı cavab vermək tələb olunan tapşırıqlardır. İmtahanın birinci mərhələsində şagirdlər hər fən üzrə maksimal 30, ikinci mərhələdə isə 70 bal toplaya bilərlər. İkinci mərhələdə yalnız qapalı tipli tapşırıqlardan istifadə olunur. Beləliklə hər iki mərhələ üzrə 135 tapşırıqdan 109-u ənənəvi qapalı formada olan tapşırıqlardır və şagirdlər yalnız bu qapalı tapşırıqların bir hissəsinə cavab verməklə də müsabiqə şərtlərini ödəyərək orta ixtisas təhsili müəssisələrinə qəbul ola bilərlər.

4 zona üzrə keçirilən (3, 10, 17 və 31 mart) imtahanlarda ümumi yazı işi sayı

Fənn

Ümumi yazı

işi sayı

Azərbaycan dili

1094670

Riyaziyyat

1179390

Rus dili (təlim dili kimi)

80590

İngilis dili

583470

Alman dili

8232

Fransız dili

13962

Rus dili (xarici dil kimi)

101010

Ərəb dili

336

Gürcü dili (təlim dili kimi)

880

Fars dili

6

Ümumi

3062546

Ümumi yazı işlərinin sayı 3062546 olsa da, hər bir yazı işinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə alsaq (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir) ən azı 6125092 yoxlama işi həyata keçirilir.

Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.

Göründüyü kimi imtahan materiallarının emalı kifayət qədər mürəkkəb və uzun müddət tələb edən bir prosesdir. Müxtəlif təyinatlı beynəlxalq imtahanlar zamanı da iştirakçılar tərəfindən yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqların yoxlanılması və nəticələrin elan edilməsinə 1 ay və daha çox vaxt sərf olunur.

Hazırda Dövlət İmtahan Mərkəzində qeyd olunan imtahanların materiallarının emalı prosesi (yoxlama prosesi mütəmadi olaraq DİM-in saytı vasitəsilə canlı yayımlanır) davam etdirilir və nəticələr əvvəlcədən elan olunduğu kimi ay yarım müddətində məlum olacaq. Nəzərə almaq lazımdır ki, bu növ sonuncu imtahan bir neçə gün əvvəl martın 31-də keçirilib. Nəticələr aprel ayının 25-dən etibarən imtahan keçirilən zonaların ardıcıllığına uyğun mərhələ-mərhələ elan olunacaq.

Azərbaycan dili fənni üzrə 1-ci, 2-ci və 3-cü zonanın bütün yazı işləri yoxlanılıb və başa çatıb. 4-cü zona üzrə yazı işləri “scan” olunub, tapşırıqlar üzrə ayrılıb və etalonlar hazırlanılıb. Bu gün və sabah 4-cü zona üzrə yazı işlərinin yoxlanılması həyata keçiriləcək.

Rus dili (təlim dili kimi) fənni üzrə 1-ci 2-ci və 3-cü zonanın bütün yazı işləri yoxlanılıb başa çatıb. Hazırda 4-cü zonanın yazı işlərinin yoxlanılması keçirilir.

Riyaziyyat fənni üzrə 1-ci, 2-ci və 3-cü zonanın bütün yazı işləri yoxlanılıb başa çatıb. 4-cü zona üzrə yazı işləri “scan” olunub, tapşırıqlar üzrə ayrılıb və etalonlar hazırlanılıb. Bu gün və sabah 4-cü zona üzrə yazı işlərinin yoxlanılması həyata keçiriləcək.

İngilis dili fənni üzrə 1-ci, 2-ci və 3-cü zonanın bütün yazı işləri yoxlanılıb başa çatıb. Hazırda 4-cü zonanın yazı işlərinin yoxlanılması keçirilir.

Alman və Fransız dilləri üzrə 1-ci, 2-ci və 3-cü zonanın bütün yazı işləri yoxlanılıb başa çatıb. Hazırda 4-cü zonanın yazı işlərinin yoxlanılması keçirilir.

Rus dili (xarici dil kimi) fənni üzrə 1-ci, 2-ci və 3-cü zonanın bütün yazı işləri yoxlanılıb başa çatıb. Hazırda 4-cü zonanın yazı işlərinin yoxlanılması keçirilir.

Ərəb dilindən 1-ci, 2-ci və 3-cü zonanın bütün yazı işləri yoxlanılıb başa çatıb. Hazırda 4-cü zonanın yazı işlərinin yoxlanılması keçirilir.

Fars dilindən 4-cü zonanın yazı işləri bu gün yoxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm