• USD 1,7000 0,00% EUR 1,8845 +0,03%
    • GBP 2,2318 +0,64% RUB 0,0275 0,00%
election

BDU-nun rektorunun daha bir müşaviri işdən çıxarıldı

BDU-nun rektorunun daha bir müşaviri işdən çıxarıldı

Bakı Dövlət Universiteti (BDU) rektorunun Beynəlxalq əlaqələr üzrə müşaviri Çingiz İsmayılov vəzifəsindən azad olunub.

Bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.

Coğrafiya üzrə elmlər doktoru, professor Ç.İsmayılov bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunmuşdu.

Qeyd edək ki, əvvəllər BDU rektorunun 3 müşaviri olub. Ali məktəb rektorunun ümumi məsələlər üzrə müşaviri, kimya elmləri doktoru, professor İsmayıl Əliyev bir müddət əvvəl vəzifəsindən azad edilib. Hazırda yalnız bir müşavir – Məzahir Sultanov vəzifəsinin icrasını davam etdirir. (report)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR