Elm və təhsil
Təhsil naziri Elinanın intiharı ilə bağlı hər şeyi AÇIQLAYACAQ
Bu gün təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbinin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı mətbuat konfransı keçirəcək.
Publika.az xəbər verir ki, nazirlikdə keçiriləcək konfransda hadisə ilə əlaqədar aparılan xidməti araşdırmanın nəticələri açıqlanacaq, məsələ ilə bağlı görülən işlər, qəbul edilən qərarlar barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, aprelin 4-də Bakının 162 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi E.Hacıyeva özünü təhsil aldığı məktəbin 3-cü mərtəbəsinin pəncərəsindən ataraq intihar edib.
Hadisə ilə bağlı açılan cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranan zərurət nəzərə alınaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb. Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...







.jpg)



























.jpg)

