Elm və təhsil
Alimlərdən SENSASİON KƏŞF: əvvəlcə heyvanlara yerləşdirəcək
İsrail alimləri tibb elmi və texnologiya sahəsində sensasiya olan kəşfə imza atıblar. Onlar pasiyentin hüceyrələrindən 3D formatında ürək hazırlayıblar.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, Təl-Əviv Universitetinin alimləri iddia edirlər ki, canlı hüceyrələrdən hazırlanmış bu ürək gələcəkdə xəstələrə də transplantasiya edilə bilər. Dovşan ürəyi ölçüsündə olan 3D formatında ürək insan üçün kiçikdir, onun ölçüsü cəmi 2,5 santimetrdir. Lakin canlılar üçün ən vacib olan bu orqanın bütün funksiyaları - ürək qapağı, damarların fəaliyyəti təmin olunub. Onun ən mühüm xüsusiyyəti isə pasiyentin bioloji materialından olmasıdır.
Tədqiqata rəhbərlik edən professor Tal Dvirin sözlərinə görə, bioloji materialdan hazırlanan bu ürək orqanizm tərəfindən rədd edilə bilməz. O əlavə edib ki, gələcəkdə insan ürəyi ölçüsündə orqan hazırlanması üçün milyardlarla hüceyrə tələb olunacaq.
İsrailli alimlər əvvəlcə bu ürəyi heyvanlara yerləşdirəcək və bundan sonra insan ürəyi hazırlamaq üçün həmin texnologiya və bioloji materialdan istifadə edəcəklər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!