"Tülu" adlı kitabın təqdimatı keçirildi - FOTO
Bizi izləyin

Elm və təhsil

"Tülu" adlı kitabın təqdimatı keçirildi - FOTO

Bu gün əməkdar incəsənət xadimi, jurnalist Orxan Fikrətoğlunun "Tülu" adlı kitabının təqdimat mərasimi baş tutub.

Publika.az Kult.az-a istinadən xəbər verir ki, mərasimdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkilləri Aqil Abbas, Qənirə Paşayeva, Jalə Əliyeva, Fazil Mustafa, xalq artistləri Alim Qasımov, Nurəddin Mehdixanlı, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Olaylar" qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, Teleqraf Holdinqin rəhbəri Aynur Camalqızı və digər ictimai xadimlər iştirak edib.

Müəllif tədbirdə iştirakçıları salamyaraq, kitab haqqında danışıb. Daha sonra Əflatun Amaşov çıxış edərək müəllifə belə bir kitab ərsəyə gətirdiyi üçün təşəkkür edib: "Orxan Fikrətoğluna bu cür kitab ərsəyə gətirdiyi üçün təşəkkür edirəm. O öz dəsti-xəttiylə hər zaman seçilir".

Millət vəkili Aqil Abbas çıxış edərək, Orxan Fikrətoğlunun oxucular tərəfindən hər zaman sevildiyini bildirib: "Orxan Fikrətoğlunun öz üslubun var".

Teleqraf Holdinqin rəhbəri Aynur Camalqızı Orxan Fikrətoğlunun böyük söz ustadı olduğunu bildirib:

"Çox sevindirici haldır ki, təqdimata bu qədər insan yığışıb. Qənirə xanım bu gün çox gözəl təklif irəli sürdü ki, bölgələrdə kitabları təbliğ etmək lazımdır. Çox yaxşı olardı ki, kitabı təbliğ edən, gənclər arasında sevdirən bu cür tədbirlər orta məktəblərədə də keçirilirsin. Gənclərimiz məktəbdə kitabdan başqa hər şeyə - telefona, kompüterə maraq göstərir.

Orxan Fikrətoğlunu təbirik edirəm. Bilirəm ki, bu kitabın ərsəyə gəlməsi sizi nə qədər sevindirir. Siz televiziyada da bizim sevdiyimiz obrazsınız, verilişlərinizi sevə-sevə izləmişik. Ümid edirəm ki, kitablarınızın davamı olacaq. Siz həvəslə yaradacaqsınız, biz dostlarınızı sevdirəcəksiniz"

Millət vəkili Fazil Mustafa da müəllif haqqında fikirlərini bölüşərək bildirib ki, o, ədəbiyyatımızı bayağılıqdan xilas edir:

"Bu gün iki kitab təqdimatında olduq. Biz artıq kabab mədəniyyətinin kitab mədəniyyətiylə əvəz olunduğunun şahidi oluruq. Bizim bir neçə yazıçımız, şairimiz var ki, onlar ədəbiyyatımızı bayağılıqdan xilas edir. Belə insanlara biz dəyər verməliyik. Orxan Fikrətoğlunun yaradıcılığı bizim üçün dəyərlidir. O, fərqliyinini ortaya qoya bildiyi üçün bu gün bu adamlar buraya yığışıb".

Mərasimdə daha sonra tanınmış dedektiv yazıçı Elxan Elatlı, xalq artisti Nurəddin Mehdixanlı və digərləri çıxış edərək, müəllifə təşəkkür ediblər.

Tədbirin sonunda müəllifin imza mərasimi baş tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm