Azərbaycan diplomatı Ankarada doktorluq dissertasiyasını müdafiə etdi
Bizi izləyin

Elm və təhsil

Azərbaycan diplomatı Ankarada doktorluq dissertasiyasını müdafiə etdi

Aprelin 29-da Türkiyənin nüfuzlu universitetlərindən biri olan Qazi Universitetinin Beynəlxalq Münasibətlər Kafedrasında, həmin Kafedranın Müdiri olan tanınmış alim Prof. Dr. Soyalp Tamçelikin elmi rəhbərliyi altında "Azərbaycan-Türkiyə Münasibətləri və Heydər Əliyev - 1993-2003" mövzusunda doktorluq dissertasiyası Dr. Elsevər Salmanov tərəfindən müdafiə edilib.

Publika.az xəbər verir ki, dissertasiyanın müəllifi elmi işində, Azərbaycanın qardaş ölkə Türkiyə ilə iki suveren dövlət kimi münasibətlərinin qurulması və inkişaf etdirilməsində Heydər Əliyev şəxsiyyətinin müstəsna rolu və bu kontekstdə Azərbaycanın 1990-1993-cü illərdəki mürəkkəb siyasi və iqtisadi-sosial böhrandan çıxarılması, Azərbaycanda dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, Sovet İttifaqı dövründə, eləcə də 1993-cü ildən sonrakı dövrdə Ümummilli Liderimizin həyata keçirdiyi inkişaf məqsədli fəaliyyətlərini geniş elmi mənbələrə söykənərək əsaslı bir şəkildə izah edib.

Sözügedən doktorluq dissertasiyası Ümummilli Liderimizin ölkəmizdə yaratdığı dövlətçilik ciddiyyəti və rasionallıq istiqamətində yürütdüyü strategiyaların xarici siyasətdə əks olunmasına dair Türkiyədəki ilk elmi işdir. Münsiflər heyətinin sədri Prof. Dr. Cemalettin Taşkıran elmi əsaslara söykənən dissertasiya ilə tanış olduqdan sonra Azərbaycana baxışının dəyişdiyini etiraf edib və elmi işə müsbət rəy bildirib. Elmi işin müdafiəsi yekdilliklə məqbul hesab edilib.

Qazi Universitetinin Beynəlxalq Münasibətlər Kafedrasının Müdiri Prof. Dr. Soyalp Tamçelik dissertasiyanın kitab halında nəşr ediləcəyini də bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm