• USD 1,7000 0,00% EUR 2,0331 0,00%
    • GBP 2,3391 0,00% RUB 0,0222 0,00%

Jurnalistikaya qəbul imtahanı keçirildi

Jurnalistikaya qəbul imtahanı keçirildi

Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, bu imtahanın nəticələrinə əsasən 15 nəfər bakalavr “məqbul” qiymət almış və jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ əldə edib.

Məlum olduğu kimi, artıq bir neçə ildir ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlara bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət etmək imkanı verilir. Həmin bakalavrlar 2019-cu il aprelin 16-dan 25‑dək Dövlət İmtahan Mərkəzinin internet saytında qeydiyyatdan keçməli idilər. Bu müddət ərzində 16 nəfər bakalavr qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmişdir ki, onlardan 15 nəfəri Azərbaycan bölməsinin, 1 nəfəri isə rus bölməsinin bakalavrıdır.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar mayın 1-də və 2-də DİM tərəfindən təşkil olunan Qabiliyyət imtahanı komissiyasının üzvləri qarşısında qabiliyyət imtahanı verib. Komissiyanın tərkibinə jurnalistika üzrə kadrlar hazırlayan ali təhsil müəssisələrinin və Azərbaycan Mətbuat Şurasının nümayəndələri daxil edilib. Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşov da qabiliyyət imtahanının gedişini izləyib, imtahan verən bakalavrlara suallar ünvanlayıb, məsləhət və tövsiyələr verib.

Bu imtahanın nəticələrinə görə, 15 nəfər bakalavr “məqbul” qiymət almış və jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ əldə edib. Həmin bakalavrlar 2019-cu il mayın 7-dək keçiriləcək proqram seçimi zamanı 44 saylı proqramı seçib təsdiq etməli və ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının mayın 26-da keçiriləcək ikinci mərhələsində jurnalistika üzrə inşa (esse) yazmalıdırlar.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR