Bütün universitetlərin tələbələri üçün PULSUZ MÜAYİNƏ AKSİYASI
Bizi izləyin

Elm və təhsil

Bütün universitetlərin tələbələri üçün PULSUZ MÜAYİNƏ AKSİYASI

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Azərbaycanın bütün ali məktəblərinin tələbələri üçün pulsuz müayinə keçirilir.

Universitetdən Publika.az-a verilən məlumata görə, aksiyada pulsuz müayinədən əlavə, pulsuz abdominal USM analizi aparılıb. Zəruri laborator analizlərə isə 50 faiz endirim tətbiq olunur.

3 gündür davam edən aksiyadan artıq 30-a yaxın tələbə yararlanıb.

Müayinələr ATU-nun qastroenteroloq rezident həkimi Samirə Məmmədova tərəfindən aparılır. Həkimin sözlərinə görə, aksiya çərçivəsində 10 tələbə abdominal USM yoxlanışından keçib. 15 tələbəyə müayinə nəticəsində müalicə yazılıb.

Qeyd edək ki,müayinələr həftə içi saat 15.00-dan 19.00-a qədər, şənbə günləri isə saat 16.00-dan 19.00-a qədər aparılır.

Kampaniya iyunun 1-dək davam edecek.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm