Direktor müavini ittihamlardan danışdı : "Bunu danmaq olmaz"
Bizi izləyin

Elm və təhsil

Direktor müavini ittihamlardan danışdı : "Bunu danmaq olmaz"

Son dövrlərdə müxtəlif mətbuat orqanlarında, saytlarda Nəsimi adına Dil­çilik İnstitutu ilə bağlı xoşagəlməz yazıların çap olunması qətiyyən yol­veril­­məzdir. Hal-hazırda Nəsimi adına Dilçilik İnstitutunda görülən uğurlu işləri danmaq olmaz.

Publika.az xəbər verir ki, bu sözləri Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli son vaxtlar instituta qarşı aparılan kampaniya xarakterli yazılara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, akademik Möhsün Nağısoylu Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik etdiyi ilk gün­lərdən Azərbaycan Respublikası Prezi­den­tinin “Azərbaycan di­linin qlobal­laş­ma şəraitində zamanın tələblərinə uy­ğun istifa­dəsinə və ölkədə dil­çiliyin inki­şafına dair Dövlət Proqramı haq­qında” 2012-ci il 23 may və 2013-cü il 9 aprel tarixli Sərən­cam­la­rının yerinə yetirilməsi ilə bağlı mühüm işlər həyata ke­cırıb.

“Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq Azərbaycan dialek­to­lo­giyası şöbəsində “Azərbaycan dilinin Qarabağ dialek­toloji atlası”nın hazır­lanması ilə bağlı bir çox işlər görülüb, cəbhə bölgələrinə uzun­müd­dətli ekspedisiyalar gön­­dərilib, Qarabağ Re­gional Mərkəzinin lal xəritəsi, “Azər­­baycan dilinin Qa­rabağ dialek­toloji atla­sı­nın proq­ramı”, “Azərbaycan dilinin Qarabağ dialektoloji lüğəti” hazır­lanıb, Bər­də, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Ağcabədi, Laçın, Xocavənd, Kəlbəcər, Xo­calı, Şuşa, Xankəndi, Qu­badlı, Zəngilan rayon­ları ilə bağlı dialek­toloji materiallar toplanılıb.

Cənab Pre­ziden­tin 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron mə­kanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sə­rəncamına uyğun olaraq Xarici İşlər Nazir­liyi ilə Dilçilik İnstitutunun əmək­daş­ları müxtəlif dövlət qurumlarının iştirakı ilə bir neçə dəfə görüşlər keçir­ib, müx­təlif qurumlardan layihələr təklif olunsa da, məhz Dil­çilik İnstitu­tunun layihəsi daha mükəmməl hesab edilib və Nazirlər Ka­binetinə təq­dim olun­ub.

Son illər ərzində Dilçilik İnstitutunun tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim olunmuş iki la­yihə icra edilib. AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylunun rəhbərliyi ilə “Müasir Azərbaycan ədəbi dilində elmi termi­nolo­giyanın forma­laşması və dilin lüğət tərkibinin zənginləşməsi yol­ları” adlı Qrant layi­həsi uğurla tamamlanmış Azərbaycan Respublikasının Pre­zidenti yanında El­min İnkişafı Fon­duna təhvil ve­rilib. Həmçinin institutun Kompüter dil­çiliyi şöbəsinin baş elmi işçisi, profes­sor Məsud Mahmudovun rəhbərliyi ilə “Azər­baycan dilinin lüğət tərkibinin inkişafı, dilin normalarına əməl olunmasının ictimai monitorinqi və dilin verilənlər kor­pusunun hazır­lanması üzrə inteqrasiya olun­muş elektron sistemin yaradılması” la­­yihəsi uğur­la tamamlanmış Azərbaycan Respub­lika­sının Prezidenti yanında El­min İnki­şafı Fonduna təhvil verilib. Həmin layihələrdə Nəsimi adına Dilçilik İnsti­tutunun bir qrup əmək­daşı iştirak etmiş və əldə olunan nəticələr Azərbaycan Res­publikasının Pre­zidenti yanında Elmin İnkişafı Fondunun ekspert­ləri tərəfindən yüksək qiymət­lən­dirilib.

Nəsimi adına Dilçilik İnstitutunun tarixində ilk dəfə olaraq 2016-2017-ci illər­də yüksək səviyyədə üç bey­nəl­xalq konfrans keçirilib”.

Direktor müavini bildirib ki, məhz son illərdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəb­büsü ilə akademiyanın müxtəlif institutlarında ilk dəfə olaraq magistraturaya qəbul həyata keçirilib.

“Nəsimi adına Dilçilik İnstitutunda da qədim dillər ixtisası üzrə magistraturaya qəbul həyata keçirilib, qədim yunan, qədim erməni, sanskrit, latın dilləri üzrə mütəxəs­sislər hazır­lanıb.

Nəsimi adına Dilçilik İnstitutunun ən böyük uğurlarından biri də 2018-ci ildə “Azərbaycan dilinin elektron portalı”nın istifadəyə verilməsidir. Bu portalda Azərbaycan dili ilə bağlı qərar və sərəncamlar, dilçi alimlər, onların əsərləri haq­qında dolğun məlumat almaq mümkündür.

İnstitutda dünya dilçiliyinin yeni sahələrindən biri olan psixo­linqvistika sahə­sində araşdırmalar uğurla davam etdirilir. “So­siolinqvistika və dil siyasəti” şö­bəsində əcnəbilər üçün Azərbaycan dili dərsliyinin A-1 və A-2 səviyyəsi yeni metod­lar əsasında hazırlanaraq nəş­riyyata təqdim olun­muşdur. Müasir Azərbaycan dili şö­bəsində “Azərbaycan dilinin qram­matikası” (4 cilddə) yeni formatda hazır­lan­ır. Kompüter dil­çiliyi şö­bəsində “Azər­baycan dilinin elektron korpusu” uğurla tamam­­lanmaq­dadır.

Dilçilik İnstitutunun əməkdaşları dün­yanın bir çox ölkələrində nüfuzlu bey­nəlxalq kon­franslarda ölkəmizi ləyaqətlə təmsil etmişlər. Son illərdə Nəsimi adına Dilçilik İnstitutunda dilçiliyin müxtəlif sahələri ilə bağlı yüzlərlə san­ballı monoq­rafiya, kitab və elmi məqalələr nəşr olunmuşdur. Bütün bu gö­rülən iş­lər Nəsimi adına Dil­çilik İnsti­tutunun son illərdəki uğurlu fəaliyyətinin nəti­cəsidir.

Nəsimi adına Dilçilik İnstitutunda sağlam elmi mühit var. Kollektivimiz Azərbaycan dilinin gələcək inkişaf konsepsiyasına uyğun olaraq öz elmi araş­dır­ma­larını vicdanla yerinə yetirir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm