DİM-dən magistraturaya imtahan verəcək bakalavrlara XƏBƏRDARLIQ
Bizi izləyin

Elm və təhsil

DİM-dən magistraturaya imtahan verəcək bakalavrlara XƏBƏRDARLIQ

2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının mayın 26-da keçiriləcək II mərhələsi ilə bağlı Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Publika.az xəbər verir ki, bakalavrlara edilən xəbərdarlıqda bildirilib ki, 53 №-li proqram üzrə Bakı şəhərində imtahan verəcək bakalavrlar test imtahanını Bakı şəhərində, imtahana buraxılış vərəqəsində göstərilən ünvanda kompüter vasitəsilə verəcəklər.

Həmin proqram üzrə Gəncə və Naxçıvan şəhərlərində imtahan verəcək bakalavrlar isə test imtahanını həmin şəhərlərdə, buraxılış vərəqəsində göstərilən ünvanlarda kağız formatında verəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm