Universitet və kolleclərə tələbə köçürülməsi ilə bağlı YENİ QAYDALAR
Bizi izləyin

Elm və təhsil

Universitet və kolleclərə tələbə köçürülməsi ilə bağlı YENİ QAYDALAR

Nazirlər Kabineti “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nın təsdiq edib.

Publika.az xəbər verir ki, qərar “Təhsil haqqında” qanuna edilən dəyişikliyin icrası məqsədilə qəbul edilib.

Qaydalara görə, bakalavrlar orta ixtisas təhsili müəssisələrinə, subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunduqda və ya ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslər orta ixtisas təhsili müəssisələrinə köçürüldükdə, onların müvafiq ixtisasın təhsil proqramı üzrə topladığı kreditlər nəzərə alınacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm