AMEA magistraturasında ödənişli yerlər üzrə illik təhsil haqqı müəyyənləşdirildi
Bizi izləyin

Elm və təhsil

AMEA magistraturasında ödənişli yerlər üzrə illik təhsil haqqı müəyyənləşdirildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasında ödənişli yerlər üzrə illik təhsil haqqı 1600 manat olacaq.

Trend-in məlumatına görə, bunu AMEA-nın Rəyasət Heyətinin iclasında AMEA prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq, bu il AMEA-nın magistraturasına qəbul planında ödənişli yerlər də nəzərdə tutulub: "Bu il təklif etdik ki, plan yerlərinin üçdə biri ödənişli olsun. Mən həmişə bunun əleyhinə idim. Amma görürük ki, akademiyanın magistraturasına maraq artıb, sənəd verənlər yüksək bal toplayanlardır. Onlar arasında yüksək rəqabət vəziyyəti yaranır və qəbuldan kənarda qalanlar olur. Ona görə də bu il ödənişli yerlər üzrə də qəbul aparılır".

A.Əlizadə qeyd edib ki, bu il AMEA-nın magistraturasına qəbul üçün 138 plan yeri elan edilib, onun 35-i ödənişlidir.

Akademiya prezidenti əlavə edib ki, bu il AMEA-nın magistraturasında riyazi kibernetika, riyazi fizika, nanohissəciklər fizikası, ətraf mühitin idarəolunması və s. üzrə yeni istiqamətlər müəyyən edilib. Bu il həmin istiqamətlər üzrə də ixtisaslara qəbulun aparılması nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm