Kamal Abdulla “İlin ən yaxşı rektoru” seçildi
Bizi izləyin

Elm və təhsil

Kamal Abdulla “İlin ən yaxşı rektoru” seçildi

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla “İlin ən yaxşı rektoru” seçilib.

Publika.az xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsinin ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Xalq yazıçısı Kamal Abdulla “2018-2019-cu tədris ilinin ən yaxşı rektoru" sosial tələbə sorğusunda 45% səs çoxluğu ilə qalib olub:

“Bundan əlavə, tədris ili ərzində Kamal Abdulla sosial aktivliyi, tələbələrinin rifah halının yaxşılaşması üçün atdığı addımlar və tələbələrin sevimli pedaqoqu olması bu səsverməyə təsir edib.

Final seçki statusu 3 günə 100.000 nəfər görülmə (post reach) ilə rekord vurub. Bu, akademik Kamal Abdullanın və tələbələrinin qələbəsidir! Təbrik edirik!” – deyə, məlumatda qeyd olunur.

Qeyd edək ki, soğruda Azərbaycan Dillər Universitetinin tələbələri ilə yanaşı ölkəmizin 10-dan artıq ali məktəbinin tələbələri də iştirak edərək, ADU rektorunu dəstəkləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm