Elm və təhsil
Nazir “Gələcəyə doğru” məzun gecəsində - FOTO
Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gələcəyə doğru” adlı məzun gecəsi keçirilir.
Publika.az-ın xəbərinə görə, tədbirdə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə builki əlaçı məzunlar və onların müəllimləri, ümumilikdə 3200 nəfərdən çox insan iştirak edir.
Mərasimdən öncə təhsil naziri Ceyhun Bayramov, onun müavinləri, nazirliyin idarə rəisləri, həmçinin, gənclər və idman nazirinin müavini İntiqam Babayev Bakı Konqres Mərkəzində nümayiş olunan təhsil və gənclər sahəsində fəaliyyət göstərən təşkilatların stendləri ilə tanış olublar.
Məzun gecəsi məzunların Azərbaycan Respublikasının dövlət himnini canlı şəkildə ifası ilə başlayıb.
Məzun gecəsində təhsil naziri Ceyhun Bayramov çıxış edərək Birinci vitse-prezident Mehriban Əliyevanın məzunlara təbrik məktubunu iştirakçıların diqqətinə çatdırıb.
C.Bayramov çıxışının sonunda məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Daha sonra müstəqil Azərbaycan Respublikasının inkişafı, əldə olunan nailiyyətlər və yürüdülən gənclər siyasəti ilə bağlı sənədli film nümayiş olunub.
Tədbirdə iştirak edənlər sırasında Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev də olub.
Mərasim hazırda bədii hissə ilə davam edir.
Səxavət,
Foto: Pərviz Həşimi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü