Bakıda Portuqaliyanın 7 möcüzəsindən biri barədə qərar verildi
Bizi izləyin

Elm və təhsil

Bakıda Portuqaliyanın 7 möcüzəsindən biri barədə qərar verildi

Bakıda Portuqaliyanın 7 möcüzəsindən biri barədə qərar verildi Dünya İrs Komitəsinin 43-cü sessiyasında Dünya İrs Siyahısına daxil edilmək üçün yeni nominasiyaların irəli sürülməsinə başlanılıb.

Publika.az xəbər verir ki, sessiyanın keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev bu gün 10 yeni nominasiyanın müzakirə olunacağını bildrib. İlk olaraq Portuqaliyaya məxsus Mafra Kral Sarayının Dünya İrs Siyahısına daxil edilməsi müzakirəyə çıxarılıb. Tarixi Yerlərin və Abidələrin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) nümayəndəsi çıxış edərək Mafra Kral Sarayının Portuqaliyanın Mafra şəhərində, paytaxt Lissabondan təxminən 28 kilometr aralıda yerləşdiyini, monumentin barokko və italyan neoklassik üslübunda inşa edildiyini bildirib. Tikintisinə 1717-ci ildə başlanıb və 1755-ci ildə tamamilə başa çatdırılıb. Saray 1910-cu ildə qorunan abidə olaraq təsnif edilib və Portuqaliyanın yeddi möcüzəsindən biri hesab olunur. Bununla belə ICOMOS nümayəndəsi abidənin Dünya İrs Siyahısının bir sıra meyarlarına cavab vermədiyini bildirib. Braziliya, Tunis, Zimbabve və Çin nümayəndələri Mafra Kral Sarayının Dünya İrs Siyahısına daxil edilməsinin tərəfdarı kimi çıxış edib. Portuqaliya nümayəndəsi sarayın Dünya İrs Siyahısına daxil edilməsinə çağırış edib, çatışmazlıqların aradan qaldırılacağına söz verib. Müzakirələrdən sonra Mafra Kral Sarayının Dünya İrs Siyahısına daxil edilməsi qərara alınıb. Qərarda bir sıra əlavələr yer alıb.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm