Elm və təhsil
DİM sədri: “Universitetlərə qəbul planı 88 faiz dolub”
“Bu il ali məktəblərə qəbulolma faizi ilkin nəticələrə əsasən 88 % təşkil edib”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, dolma göstəricisi ötən il də eyni olmuşdu: “Bu il qəbul planı üçün 47 765 vakant yer verilmişdi. Nəzərə alaq ki, plan yerlərinin sayı bu il 3000 yer artırılıb, imtahanda iştirak edən abituriyentlərin sayı isə təxminən 2000 nəfər azalıb. Keçən il 88 faizlik göstərici 39 947 nəfərə idisə, bu il 42 062 nəfərdir”.
M.Abbaszadə hesab edir ki, tədris ilinin sonunda ölkə səviyyəsində qəbul imtahanın yeni formada keçirilməsinin nəticələrini müzakirə etmək lazım olacaq: “Çünki, yeni kompetensiyalara malik şəxsləri seçib ali məktəblərə göndərmişik. Onların akademik nəticələrinin necə olmasını biz yox, qəbul olduqları ali təhsil müəssisələri izləyə biləcək”. (Report)
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO