Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI AÇIQLANDI
Bizi izləyin

Elm və təhsil

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI AÇIQLANDI

Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

Publika.az xəbər verir ki, əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlayacaq. Bu proses sentyabrın 25-dək davam edəcək.

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm