Nazir ibtidai siniflərlə bağlı ƏMR İMZALADI
Bizi izləyin

Elm və təhsil

Nazir ibtidai siniflərlə bağlı ƏMR İMZALADI

Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq” mövzusuna həsr ediləcək.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, V-IX siniflərdə “Mütailə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm