• USD 1,7000 0,00% EUR 1,8811 +0,47%
    • GBP 2,1227 +0,55% RUB 0,0264 -0,76%

61 məktəbə yeni direktor təyin olundu

61 məktəbə yeni direktor təyin olundu

2018-ci ildə elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsi və apelyasiya komissiyasının qərarına əsasən, şikayəti təmin olunan namizədlərin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, nəticələrə görə, 61 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar sentyabrın 13-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 246 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR