Mehriban Əliyeva şagird və tələbələri təbrik etdi
Bizi izləyin

Elm və təhsil

Mehriban Əliyeva şagird və tələbələri təbrik etdi

Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyeva şagird və tələbələri 15 sentyabr – Bilik Günü münasibəti ilə təbrik edib.

Publika.az xəbər verir ki, Mehriban Əliyeva instaqram səhəifəsi vasitəsilə şagird və valideynlərə müracit edib:

"Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər.

Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.

Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.

Əziz dostlar, Bilik Gününüz mübarək!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm