Tanınmışlar övladlarını birinci sinfə yola saldılar - FOTO
Bizi izləyin

Elm və təhsil

Tanınmışlar övladlarını birinci sinfə yola saldılar - FOTO

Azərbaycanda Bilik Günü qeyd olunur. Bu gündən ölkə üzrə yeni tədris ili başlayır. Yeni tədris ilində ölkənin ümumi təhsil müəssisələrinin I sinfində 164 234 şagird təhsil alacaq.

Teleqraf.com xəbər verir ki, birinci sinfə gedənlərin arasında tanınmış jurnalistlərin övladları da var.

Publika.az saytının baş redaktoru Aqil Lətifov övladını birinci sinfə yola salıb. O, bu haqda sosial şəbəkədə belə yazıb: “İllərin sürətinə yetişmək çox çətindir, bir də görürsən ki, uşaqlar böyüyüb bizə əvəzsiz valideyn sevincini yaşadır. Yeni dərs ilimiz uğurlu olsun, Allah bütün övladları qorusun”.

Publika.az saytının müxbiri Leyla Sərabinin oğlu da birinci sinifə gedir. O, oğlunun birinci sinifə getməsi ilə bağlı sevincini belə paylaşıb: "Qiymətin neçə olur-olsun, biz səni həmişə sevəcəyik".

Teleaparıcı Könül Muxtarovanın qızı İnci bu ildən məktəbli forması geyinəcək.

Redaktor.az saytının redaktoru Bahadur Seyidovun 7 yaşlı övladı da məktəb həyatına qədəm qoyan birincilər arasındadır.

Jurnalist Elnur Eltürkün övladı birinci sinif həycanını yaşayır.

Jurnalist Fikrət Fərəməzoğlu isə qızı Atanazın birinci sinif həyəcanına sevinib.

Jurnalist İsmayıl Nəsibli də qız övladını məktəbə yol salan valideynlər arasındadır. İncini birinci sinfə yola salan jurnalist öz sevincini gizlətməyib.

Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli bu haqda sosial şəbəkə hesabında yazıb: “Nəhayət, biz də o günləri gördük. Qızım Zeynəb birinci sinfə gedir”.

“Report” informasiya agentliyinin redaktoru Pərvin Abbasov övladının birinci sinif həyəcanı haqda yazıb: “Cəlilim birincilərdəndir. Valideynlərinə, vətənə, millətə xeyirli övlad olar”.

Aparıcı Zaur və Günay Baxşəliyevlər də övladlarını birinci sinfə yollayan tanınmışlar arasındadır. Cütlüyün Dilavər adlı qızları bu ildən yeni – məktəb həyatına başlayır.

Yazıçı, jurnalist Cavid Zeynallının övladı da bu gündən 11 illik məkəb yoluna çıxıb.

Teleaparıcı Elvin Basqallı isə övladının məktəb sevincini belə bölüşüb: “Bu uzun və maraqlı məktəb illərin uzun olsun, Rəvan”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm