• USD 1,7000 0,00% EUR 1,8829 +0,41%
    • GBP 2,1791 +0,49% RUB 0,0265 +0,38%

Tanınmış nasirin kitabı təqdim olundu - FOTO

Tanınmış nasirin kitabı təqdim olundu - FOTO

Bu gün Yazıçılar Birliyinin “Natavan” klubunda nasir, ədəbiyyatşünas, Azərbaycan xalq yazıçısı mərhum Gülhüseyn Hüseynoğlunun yeni dərc olunmuş “Mücrü” kitabının rəsmi təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti Akif Əlizadə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, xalq yazıçısı Çingiz Abdullayev, filologiya elmləri doktoru Vaqif Yusifli, filologiya üzrə fəlsəfə doktoru Safura Quliyeva, akademik Abel Məhərrəmov, yazıçı İlqar Fəhmi, G.Hüseyinoğlunun oğlu Toğrul Abdullayev, G.Hüseynoğlunun tələbəsi, müğənni Baloğlan Əşrəfov və başqaları iştirak edib.

İ.Fəhmi "Mücrü" kitabının AMEA-nın dəstəyi ilə çap olunduğunu bildirib.

Ç.Abdullayev çıxış edərək G.Hüseynoğlunun həyat və yaradıcılığından danışıb:

"Gülhüseyn müəllim repressiya illərində əslində güllələnməli idi. Amma o güllələnmə bir neçə aylıq dayanmışdı deyə onu katorqaya göndərdilər. O, nəinki böyük insan, həm də böyük yazıçı idi. G.Hüseynoğlu həm faciəvi, həm də çox xoşbəxt ömür sürüb. Gülhüseyin müəllim ona görə xoşbəxt idi ki, Azərbaycanın müstəqilliyini görə bilmişdi".

A.Məhərrəmov tədbirdə mərhum nasir haqqında maraqlı bir xatirəsini bölüşüb:

"Gülhüseyin müəllimin həyatı bilavasitə universitetlə bağlı olub. Rektor olduğum vaxtı təxminən 15 il əvvəl Gülhüseyin müəllim kadrlar şöbəsinin müdiri ilə mübahisə edərək yanıma gəldilər. Deməli, o kadrlar şöbəsindən iş stajı haqqında məlumat istəyib. Ona yazılan iş stajına razı olmayıb. Deyib ki, iş stajı 85 il etməlidir. Biz niyəsini soruşanda da dedi ki, hər günüm 3 ilə bərabərdir. O, doğrudan da çox maraqlı, tarixiləşmiş bir insan idi".

Yazıçının oğlu Toğrul Abdullayev də atasının yaradıcılığına göstərilən diqqətə görə, AMEA-nın prezidentinə, eləcə də kitabın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR