Elman Babayevə VƏZİFƏ VERİLDİ
Bizi izləyin

Elm və təhsil

Elman Babayevə VƏZİFƏ VERİLDİ

Bakı Mühəndislik Universitetində təbliğat işinin gücləndirilməsi məqsədilə struktur dəyişikliyi aparılıb.

Universitetdən verilən məlumata görə, təhsil müəssisəsinin Mətbuat xidməti ləğv olunaraq onun bazasında İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Əməkdar jurnalist Elman Babayev şöbənin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Babayev uzun illər bir sıra dövlət qurumlarında ictimaiyyətlə əlaqələr sahəsinə rəhbərlik edib, “Kaspi”, “Azərbaycan müəllimi” qəzetlərində, “Trend” İnformasiya Agentliyində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm