Əlifba kitabında Azərbaycan bayrağı ilə bağlı KOBUD SƏHV - FOTOLAR
Bizi izləyin

Elm və təhsil

Əlifba kitabında Azərbaycan bayrağı ilə bağlı KOBUD SƏHV - FOTOLAR

Hazrlıq sinfi üçün nəzərdə tutulmuş "Əlifba" kitabında kobud səhvə yol verilib.

Publika.az xəbər verir ki, "Altun kitab" nəşriyyatının çap etdiyi kitabda Azərbaycan bayrağındakı mavi rəng bənövşəyi ilə əvəzlənib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb. İstifadəçilərdən biri xoşagəlməz halla övladının dərsə hazırlaşarkən qarşılaşdığını qeyd edib: “Övladım məktəbə hazırlığa gedir və əlifba kitabında verilmiş şəkil üzrə danışmalıdır. Şəkil üzrə hazırlaşan zaman oğlan uşağının əlindəki Azərbaycan bayrağına gəlib çatdıqda, bayrağın yuxarıdakı rənginin bənövşəyi qeyd olunması onu çaşdırdı. Bu vaxta kimi öyrəndiyi göy rəngin əvəzinə bönövşəyi rəngi görəndə təəccübləndi. Gəl, indi izah elə ki, kitabı hazırlayan əmilər, bibilər diqqətsizlik ediblər”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm