• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

“Azərkitab"la Adıgözəl Məmmədov arasında müqavilə imzalandı - FOTO

“Azərkitab"la Adıgözəl Məmmədov arasında müqavilə imzalandı - FOTO

“Azərkitab" Kitab Mərkəzində Mərkəzin direktoru Misirxan Həsənov ilə tanınmış yazar, ictimai-siyasi xadim Adıgözəl Məmmədov arasında müəllif lisenziya müqaviləsi imzalanıb.

“Azərkitab” Kitab Mərkəzindən Publika.az-a bildirilib ki, bu müqaviləyə əsasən “Azərkitab” Adıgözəl Məmmədovun 4-ü rus və 1-i Azərbaycan dilində olmaqla, 5 kitabının nəşrini və çapını həyata keçirərək, dünyanın bir sıra ölkələrinə ixracını təmin edəcək.

Bu razılaşma “Azərkitab”ın müəllifin kitablarının təqdimatlarını həm Bakıda, həm də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində, eləcə də MDB ölkələrində təşkilini nəzərdə tutur.

Qeyd edək ki, “Azərkitab” Kitab Mərkəzinin ikinci nəşri olan Adıgözəl Məmmədovun “Досье Расстрелянного Руководителя Азербайджана- М.Д.Багиров” kitabının təqdimatı və imza günü keçirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin layihə rəhbəri Sabir Həsənov qeyd edib ki, Azərbaycanın bir çox yazıçı və alimləri ilə bu istiqamətdə əməkdaşlıq etmək və onları dünya ölkələrində təbliğ etmək niyyətindədir. Sabir Həsənov bu cür tədbirlərin keçirilməsinin gənclərin milli ruhda tərbiyələnməsinə müsbət təsir göstərdiyini qeyd edib.

Çingiz Abdullayev və Adıgözəl Məmmədova mərkəz tərəfindən 32-ci Moskva Beynəlxalq Kitab Sərgisində kitablarına göstərilən böyük marağa görə Fəxri Diplom təqdim olunub.

Xalq yazıçısı Çingiz Abdullayev çıxışı zamanı Adıgözəl Məmmədovun tarixi faktlara əsaslanan kitabı haqqında təqdiredici fikirlər səsləndirib.

Millət vəkili Fəzail İbrahimli çıxışında tarixi həqiqətləri əks etdirən kitabların nəşr olunmasının gənc nəsil və xalqımız üçün böyük töhfə olduğunu vurğulayıb.

Millət vəkili Araz Əlizadə çıxış edərək kitabı yüksək qiymətləndirib və müəllifi təbrik edib. Millət vəkili Elçin Quliyev Mircəfər Bağırovun fəaliyyəti haqqında kitabın çap olunmasını yüksək qiymətləndirib.

Xalq şairi Vahid Əziz bu kitabın nəşrin yüksək qiymətləndirib. Xalq arasında Mircəfər Bağırov haqqında yaradılmış mənfi rəylərin silinməsinə böyük təsiri olacağını vurğulayıb.

Millət vəkili Elman Nəsirli çıxışı zamanı Mircəfər Bağırovun Azərbaycan tarixindəki rolundan söz açıb. Onun və digər tarixi şəxsiyyətlər haqqında kitabların nəşr olunmasını əhəmiyyətini vurğulayıb. Bu tip tarixi həqiqətlərə əsaslanan kitabların təbliğinin Azərbaycanın mənfur düşmənlərinə və tarixi təhrif edənlərə yaxşı cavab olduğunu qeyd edib.

Sonda müəllif Adıgözəl Məmmədov tədbir iştirakçılarına təşəkkürünü, “Azərkitab”ın rəhbərliyinə yaratdığı şəraitə görə minnətdarlığını bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR