• USD 1,7000 0,00% EUR 1,8725 -0,17%
    • GBP 2,1844 -0,09% RUB 0,0265 -0,38%

Azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadada növbəti uğuru - FOTO

Azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadada növbəti uğuru - FOTO

Türkiyənin Antalya şəhərində məktəblilər arasında XI Beynəlxalq olimpiada keçirilib.

Publika.az xəbər verir ki, Olimpiada Rusiya Federasiyasının Antalyadakı Baş Konsulluğu, Antalya şəhər meriyası, Beynəlxalq Turizm Akademiyası, Beynəlxalq Turizm Kolleci və Antalyadakı Rus Məktəbi tərəfindən təşkil olunub. Olimpiada III – XI siniflər və tələbələr arasında riyaziyyat, rus dili, ingilis dili, türk dili, coğrafiya, fizika, kimya, biologiya, təsviri incəsənət fənləri və şahmat üzrə keçirilib.

Olimpiada şagirdlərdə yaradıcılıq, elmi-tədqiqat qabiliyyətlərinin formalaşdırılması və inkişaf etdirilməsi, şagirdlər arasında mədəniyyətlərarası ünsiyyətin inkişafına dəstək məqsədi daşıyıb.

Olimpiadada Rusiya, Yakutiya (Rusiya) Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Pakistan, Əfqanıstan, Azərbaycan və Türkiyənin 30-dan çox məktəbini təmsil edən 900-dən artıq şagird iştirak etmişdir. Azərbaycanı bu olimpiadada 2 məktəb - Avropa Azərbaycan Məktəbi və H.Əliyev adına Müasir Təhsil Kompleksi təmsil edib.

Olimpiadada Avropa Azərbaycan Məktəbinin 12 şagirdi iştirak edib.

Olimpiada rus və ingilis dillərində keçirildiyinə görə göndərilən şagirdlərin bu sahədəki bacarıqları da nəzərə alınmışdı. Şagirdlərə bir neçə fənn üzrə olimpiadada iştirak etmək üçün şərait yaradılmışdı. Fənn olimpiadası ilə yanaşı, asudə vaxtın səmərəli keçirilməsi üçün müxtəlif idman yarışları, rəqs, teatr, mahnı müsabiqələri, ekskursiyalar də təşkil olunub. Olimpiadanın proqramına açılış mərasimi, fənn olimpiadalarının keçirilməsi, Antalyanın müxtəlif əyləncə mərkəzlərinə ekskursiya, idman- əyləncə tədbirləri, bağlanış və qaliblərin mükafatlandırılması mərasimləri daxil idi.

Altıncı sinif şagirdləri Kənan İbrahimli və Cihad Rəhimli riyaziyyat fənni üzrə gümüş, doqquzuncu sinif şagirdi Aytac Aslanlı isə kimya fənni üzrə bürünc medalçı olublar.

Qeyd edək ki, Avropa Azərbaycan Məktəbinin olimpiadada iştirak edən bütün şagirdləri ingilis dili fənni üzrə olimpiadaya qatılıblar. Ən uğurlu nəticələri də bu fənn üzrə əldə ediblər. Belə ki, səkkizinci sinif şagirdləri Rüstəm Hacızadə qızıl, Abdulla Altınay və Sara Nabikoğlu gümüş, Rəmziyyə Axundova isə bürünc medal qazanıblar. Ümumilikdə isə şagirdlərimiz olimpiadada 7 medala sahib çıxıblar. Medal və kubokları qaliblərə Antalyadakı Beynəlxalq Turizm Akademiyasının rektoru Zafer Bikkenoğlu və Antalyadakı Rus Məktəbinin direktoru İrina Şavarinskaya təqdim ediblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR