"Qlobal jurnallara çıxış məhduddur" - EKSPERTDƏN MARAQLI TƏKLİF
Bizi izləyin

Elm və təhsil

"Qlobal jurnallara çıxış məhduddur" - EKSPERTDƏN MARAQLI TƏKLİF

"Dövlət büdcəsi hesabına xarici elmi məqalələr çapının təşviq edilməsinə ehtiyac var".

Publika.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib. Onun sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsində elm xərcləri üçün 193.7 milyon manat nəzərdə tutulub. Bu o deməkdir ki, gələn il elm xərcləri 26,913 milyard manatlıq dövlət büdcəsi xərclərinin 1 faizindən də az olacaq: "Dövlət büdcəsində elm xərclərinin payının az olması hər zaman müzakirə edilən məsələlərdəndir. Büdcəyə daha az vəsaitin ayrılması qlobal impəkt jurnallarda çap edilən Azərbaycan alimlərinin elmi məqalələrinin sayına təsir göstərməkdədir. Belə ki, beynəlxalq “Scimago Journal & Country Rank” şirkətinin qiymətləndirməsinə görə, elmi impəkt məqalələrin sayına görə Azərbaycan dünyada 92-ci yerdədir. Qonşu Gürcüstan bizdən 10 pillə öndədir. Rusiya 13, Ukrayna 42, Belarus 66, Qazaxıstan 76-cı yerləri bölüşür".

Ekspert əlavə edib ki, əksər MDB ölkələri ilə müqayisədə aparıcı elmi jurnallarda daha az məqalələrimiz çap olunur. Bu baxımdam, elm xərclərinin məbləğinə baxılması və xüsusən də impəkt jurnallarda çap olunmaq üçün təşviqedici metodlardan istifadə olunmalıdır: "Doğrudur, bəzi yerli universitetelər, o cümlədən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) qlobal jurnallarda elmi məqalələri çap edilən əməkdaşlarına əlavə stimullaşdırıcı ödəniş edir. Bu pozitiv haldır. Amma dövlət büdcəsi hesabına da xarici elmi məqalələr çapının təşviq edilməsinə ehtiyac var. Bunun üçün isə elm xərclərinin məbləğinin ünvanlı şəkildə artırılmasına ehtiyac var. Unutmayaq ki, ölkənin dayanıqlı inkişafı daha çox elmin inkişafından keçir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm