• USD 1,7000 0,00% EUR 1,8845 +0,03%
    • GBP 2,2318 +0,64% RUB 0,0275 0,00%
election

İlham Rəhimov Məsumə Məlikovanı təbrik etdi

İlham Rəhimov Məsumə Məlikovanı təbrik etdi

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov AMEA-nın müxbir üzvü, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor, BDU-nun Hüquq fakültəsində "Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrası"nın müdiri Məsumə xanım Məlikovanı yubileyi münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli Məsumə xanım,

Sizi 90 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Doğrudur, adətən xanımları ad günü münasibətilə təbrik edəndə yaşını qeyd etmirlər. Amma Siz uzun və şərəfli ömür yolu keçmiş, Azərbaycan hüquq elminə böyük töhvələr vermis ziyalısınız. Azərbaycan hüquq elminin inkişafında, onlarla hüquqşünas alimlərin yetişməsində fədakar xidmət göstərmisiniz. Respublikanın ictimai-siyasi həyatında iştirak edən yüzlərlə hüquqşünasın yetişməsində xüsusi əmək sərf etmisiniz.

Professionallığınız və yüksək şəxsi keyfiyyətləriniz Sizə təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda böyük nüfuz qazandırıb.

Siz daim tələbələrinizə xüsusi diqqətlə yanaşmışsınız. Əldə etdiyiniz bütün bu uğurlara isə əməksevərliyiniz, prinsipiallığınız, tələbkarlığınız, təmkinliliyiniz, təşkilatçılıq qabiliyyətiniz sayəsində nail ola bilmisiniz.

Hörmətli Məsumə xanım,

Sizə cansağlığı, uzun ömür, elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR