Qəbul imtahanlarında iştirak üçün müəyyən edilən qiymətlər yüksək deyil - DİM sədri
Bizi izləyin

Elm və təhsil

Qəbul imtahanlarında iştirak üçün müəyyən edilən qiymətlər yüksək deyil - DİM sədri

Azərbaycanda qəbul imtahanlarında pulsuz iştirak etmək üçün hər bir vətəndaşın bir şansı var. Həmin imtahanın haqqını hökumət ödəyir.

Publika.az xəbər verir ki, bu sözləri DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, DİM tərəfindən keçirilən imtahanların qiyməti o qədər də yüksək deyil: “Heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur. Yalnız imtahanlarda ikinci şansı istifadə etmək istəyənlər həmin imtahanın qiymətini ödəyir. Yeni imtahanları, yeni tələbləri və imtahan nəticələrini araşdırmaq üçün daha çox insan, qurğu cəlb etmək lazım olur. Bu baxımda imtahanların qiymətləri o qədər də yüksək deyil. Özbəkistandan gələn heyət bizim işimizlə maraqlandı. Onlar bildirdilər ki, Özbəkistanda imtahanların qiyməti orta aylıq əmək haqqının yarısını təşkil edir. İmtahanın qiyməti həmin imtahanın keçirilməsinə sərf olunan vəsaitdən asılıdır. Yeni növ imtahanların cavablarını yoxlayan müəllimlər də onlara verilən məvacibin qane etmədiyini söyləyirlər. Belə olan halda biz necə qiymətləri aşağı sala bilərik?”

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabatında imtahan qiymətlərinin bahalığından gileylənən vətəndaşların olduğu bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm