Repetitorluqdan başqa məqsədlər üçün istifadə olunur - Məleykə Abbaszadə
Bizi izləyin

Elm və təhsil

Repetitorluqdan başqa məqsədlər üçün istifadə olunur - Məleykə Abbaszadə

Repetitorları məktəbi əvəz etməsi təbii ki, düzgün deyil. Əgər belə proseslər gedirsə, onun qarşısını almaq və dərslərin keyfiyyətini qaldırmaq lazımdır.

Publika.az xəbər verir ki, bunu Dövlə İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hər hansı qanunla bunun qarşısını almaq mümkün deyil: "Repetitorluqdan başqa məqsədlər üçün istifadə olunur. Elə valideynlər var ki, onlar övladlarının əlavə dil biliklərinə yiyələnməsini istəyirlər. Bu səbəbdən də repetitorlara müraciət edilər. Misal üçün uşaq məktəbdə yalnız ingilis dilindən təhsil alır. Lakin o, əlavə dil olaraq fransız dilini öyrənmək istəyir. Bu halda repetitorlara müraciət edirlər. Belə hallar olduqca repetitorlar da olacaq. İnkişaf etmiş ölkələrdə də müxtəlif repetitorlar olur. Kimsə musiqi, rəsmlə məşğul olmaq istəyir. Ona görə də repetitorlara mürciət edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm