Elm və təhsil
Şənbə və bazar günü də DƏRS OLACAQ - Nazirdən MÜHÜM AÇIQLAMA
Təhsil naziri Ceyhun Bayramov Yeni il bayramı ərəfəsində orta məktəblərdə dərslərin hansı günlərdə keçiriləcəyini açıqlayıb.
Publika.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, C.Bayramov jurnalistlərə açıqlamasında deyib ki, istirahət günlərinin davamlılığını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən Yeni il ərəfəsində bu həftənin şənbə və bazar günləri iş günləri elan edilib. Dekabrın 31-dən yanvarın 6-a qədər ölkədə qeyri-iş günləri olacaq.
Nazirin sözlərinə görə, ümumtəhsil müəssisələrində tədris Nazirlər Kabinetinin qərarına əsasən təşkil olunacaq.
Xatırladaq ki, dekabrın 5-də Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərarına dair açıqlama yayıb.
Açıqlamada deyilir ki, bu qərara əsasən vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar. Dekabrın 28 və 29-u isə iş günləri olacaq.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...