Elm və təhsil
Ramiz Mehdiyev ixtisarlara başlayır: 2 GÜN SONRA...
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bölmələrin akademik katib ştatlarının ləğv edilməsi nəzərdə tutulur. Bu məsələ AMEA-nın dekbarın 28-də keçiriləcək ümumi yığıncağında müzakirəyə çıxarılacaq.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, islahatların aparılması üçün AMEA-nın nizamnaməsində müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranmışdı. Bununla əlaqədar artıq AMEA-nın nizamnaməsində uyğun dəyişikliklər edilib.
Vitse-prezident qeyd edib ki, AMEA-nın yeniləşmiş nizamnaməsi dekabrın 28-də keçiriləcək Ümumi yığıncağında müzakirəyə çıxarılacaq. Yeni nizamnaməyə əsasən, ləğv edilən akademik katiblərin kuratorluq etdiyi sahələrə AMEA-nın həmin sahələrə cavabdeh olan vitse-prezidentlərin rəhbərlik etməsi nəzərdə tutulur. İndiyədək bölmələrə kuratoqluq edən vitse-prezident indi həmin bölmənin sədri funksiyasını yerinə yetirəcək və həmin sədrin də köməkçisi olacaq:
“Bunlar paralel qurumlardır. Başqa ölkələrdə də buna uyğun islahatlar aparılır. AMEA-da bu paralel qurumları aradan qaldırmağı nəzərdə tutur. Bütün bunlar AMEA-da optimallaşdırmanın və ixtisarların aparılması ilə bağlı bir çox məsələləri həll etməyə kömək edəcək. Həmin ştatlar ləğv edildikdə onlara bağlı köməkçi qurumların da ixtisarı aparıla bilər. Hazırda bu istiqamətdə iş aparılır”.
İ.Həbibbəyli qeyd edib ki, vitse-prezidentlərin köməkçisinin akademik olması zəruri deyil. Həmin köməkçi vəzifələri seçkili deyil, təyinat vəzifələri olacaq.
Xatırladaq ki, dekabrın 28-də AMEA Rəyasət Heyətində akademiyanın Ümumi yığıncağı keçiriləcək.
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil18 Aprel 21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik18 Aprel 21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin118 Aprel 21:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa18 Aprel 20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU