Azərbaycanda 18 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
Bizi izləyin

Elm və təhsil

Azərbaycanda 18 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil müəssisələrinə 2019-cu təqvim ili ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, eyni zamanda 13 direktorun iş yeri dəyişdirilib, 111 məktəb direktorunun isə müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Həmçinin çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

18 direktorla bağlanmış əmək müqaviləsi isə ləğv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm