AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı təsdiq edildi
Bizi izləyin

Elm və təhsil

AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı təsdiq edildi

Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən illik ümumi yığıncağında "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” səsə qoyularaq təsdiq edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev qurumun bu gün keçirilən ümumi yığıncağında proqramın prioritetlərini açıqlayıb.

Onun sözlərinə görə, proqramın prioritetləri elmi-tədqiqatların prioritetlərinin sosial-iqtisadi, mədəni, ictimai problemlərin həllinə yönəldilməsi, elm sahəsində idarəetmə sistemi, infrastrukturun modernləşdirilməsi və optimallaşdırılması, elmi-tədqiqat müəssisələrinin, bütövlükdə elmin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsidir:

"Prioritet sırasında elm sahəsində idarəetmə sisteminin, infrastrukturun modernləşdirilməsi və optimallaşdırılması, elmi-tədqiqat müəssisələrinin, bütövlükdə elmin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi də yer alıb. Digər prioritetlər yüksək ixtisaslı kadrların hazırlanması, eyni zamanda elm və təhsilin inteqrasiyası, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, yeddinci - elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi və s.-dir".

R.Mehdiyev əlavə edib ki, fundamental və tətbiqi tədqiqatların səmərəliliyinin artırılması, xüsusilə innovasiya fəaliyyətinin genişləndirilməsi üçün intellektual əmək resurslarından daha səmərəli istifadə edilməlidir. Elmi işçilərin attestasiyası həyata keçirilməli və onların səmərəli yerləşdirilməsi təmin edilməlidir. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm