Universitetdən ölən tələbələrlə bağlı AÇIQLAMA - Onlara bildirilmişdi ki...
Bizi izləyin

Elm və təhsil

Universitetdən ölən tələbələrlə bağlı AÇIQLAMA - Onlara bildirilmişdi ki...

Bakının Səbail rayonunda baş vermiş yanğın hadisəsi zamanı dünyalarını dəyişmiş Şri Lanka Respublikasının vətəndaşları ilə bağlı Qərbi Kaspi Universiteti açıqlama yayıb.

Publika.az universitetin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində tüstüdən zəhərlənərək dünyalarını dəyişmiş 3 Şri Lanka Respublikası vətəndaşından ikisi – Malsha Sandeepani və Tharuki Amaya Qərbi Kaspi Universitetinin ingilis dili hazırlıq kurslarında dinləyici qismində iştirak ediblər.

Bir qayda olaraq, bu kurslara əcnəbilər fərdi qaydada və ya bu sahədə xidmət göstərən müxtəlif Agentliklər vasitəsilə müraciət edirlər. Hazırki halda Şri Lanka Respublikasının vətəndaşları Agentlik vasitəsilə Qərbi Kaspi Universitetində həyata keçirilən ingilis dili hazırlıq kurslarında iştirak etmək istəkləri ilə bağlı müraciət etmiş və adıçəkilən əcnəbi vətəndaşlara hazırlıq kurslarının şərtləri barədə məlumat göndərilmişdir. Həmçinin Universitetin yataqxanasının olmadığı və kirayə mənzil xidməti göstərmədiyi də onlara bildirilmişdir.

Daha sonra adları çəkilən əcnəbi vətəndaşlar 11 avqust 2019-cu il tarixli, 144 nömrəli Əmrlə 20 avqust 2019-cu il tarixindən hazırlıq kursunun dinləyiciləri sırasına qəbul edilmişlər.

Əcnəbi dinləyicilər Azərbaycan Respublikasına gəldikdən sonra özləri kirayə mənzil taparaq orada yaşamışlar.

Qərbi Kaspi Universiteti olaraq bədbəxt hadisədən təəssüf hissi keçirir və dünyalarını dəyişmiş əcnəbi vətəndaşların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm